Mikel Arteta “Çelsi”yə qarşı oyundan danışdı
Mikel Arteta: “Çelsi”yə qarşı hələ çox işimiz var".
90plus.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun yarımfinalında “Çelsi”yə qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuata açıqlama verib.
İspaniyalı mütəxəssis evdə oynamağın üstünlüyünə və ilk oyunda əldə olunan 3:2 hesablı qələbəyə baxmayaraq, qarşılaşmanın son dərəcə çətin keçəcəyini bildirib:
“Çox yaxşı ‘Çelsi’yə qarşı bizi həqiqətən ağır oyun gözləyir. Ev üstünlüyümüz var, ilk oyundan yaxşı nəticə əldə etmişik, amma hələ görüləsi çox iş var.
Növbəti oyun həmişə ən vacib olandır. Bu, finala gedən yolda ən yaxın addımdır.
Stadionda atmosferi, enerjini və inamı yaratmalıyıq ki, bunu bacaraq. Hamımız birlikdə olsaq, buna qadir olduğumuza əminəm”, – deyə Arteta qeyd edib.
Qeyd: İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyunu bu gün saat 00:00-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved