"Milan" alman hücumçu alır
“Milan” hücumçu mövqeyi üçün apardığı axtarışlarda sona yaxınlaşıb.
90plus.az xəbər verir ki, İtaliya nəhəngi alman forvard Niklas Füllkruqun satınalma variantı ilə icarə əsasında transferi üçün “Vest Hem” ilə razılığa gəlib.
İcarə əsasında transfer
Sky Sportun yaydığı məlumata görə, “Milan” 32 yaşlı hücumçunun satınalma opsiyonlu icarə transferi ilə bağlı “Vest Hem” ilə anlaşma əldə edib. Tərəflər arasında razılaşmanın qısa müddətdə rəsmiləşdirilməsi gözlənilir.
Bu mövsüm “Vest Hem” forması ilə 9 oyunda 413 dəqiqə meydanda olan alman futbolçu hələlik qol və ya assistlə yadda qalmayıb. Buna baxmayaraq, “Milan” rəhbərliyi Füllkruqun təcrübəsinin komandanın hücum xəttinə fayda verəcəyinə inanır.
© Copyright 2026, All Rights Reserved