"Milan" Braziliya millisinin üzvünə "elçi düşdü"
Braziliya millisinin sabiq üzvü Fabinyo Avropaya qayıtmaq arzusundadır.
90plus.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Milan” maraqlanır.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən yarımmüdafiəçi də bu təklifə müsbət baxır.
Fabinyo, “Əl-İttihad”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatdıqdan sonra “Milan”la müqavilə imzalamağa daha çox üstünlük verir.
Braziliyalı futbolçu “Rio Ave”, “Real Madrid Kastilya”, “Monako” və “Liverpul” klublarında çıxış edib və 2023-cü ildən etibarən “Əl-İttihad”ın formasını geyinir.
© Copyright 2026, All Rights Reserved