"Milan" "Çelsi"dən bu futbolçuya görə 40 milyon istədi
"Milan"ın müdafiəçisi Strahinya Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Çelsi" serbiyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Məlumata görə, London klubu 24 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd: Pavloviç 2024-cü ilin yayında "Zalsburq"dan "Milan"a transfer olunub. O, cari mövsümdə İtaliya təmsilçisinin heyətində 30 rəsmi matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved