"Milan"ı çempion edən məşqçi "Fiorentina"da

Stefano Pioli “Fiorentina”ya baş məşqçi təyin olunacaq.
90plus.az xəbər verir ki, insayder jurnalist Fabritsio Romano bildirib ki, italiyalı çalışdırıcı iyul ayında “bənövşəyi” komanda ilə 3 illik müqavilə imzalayacaq.
Rəsmi razılaşmanın yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Xatırlatma: Piolinin 2024-cü ilin sentyabrından rəhbərlik etdiyi “Əl-Nəsr” klubundan ayrılacağı barədə daha əvvəl məlumat verilmişdi. O, bundan əvvəl isə 5 il müddətində “Milan”a başçılıq edib və “rossoneri” ilə A Seriyasında çempionluq yaşayıb.
© Copyright 2025, All Rights Reserved