“Milan” çempionluq yolunda xal itirdi
Çempionluq mübarizəsi aparan “Milan” İtaliya A Seriyasında autsayderlər sırasında yer alan “Fiorentina” ilə səfər oyununda vacib xal itkisi ilə üzləşib.
90plus.az xəbər verir ki, Kristofor Nkunkunun qolu “rossoneri”yə son dəqiqələrdə 1 xal qazandırıb.
A Seriyasının 20-ci turu çərçivəsində “Milan” “Fiorentina”nın qonağı olub. “Artemio Franki” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Matçın 66-cı dəqiqəsində meydan sahibləri Komuzzonun qolu ilə hesabı açıblar. “Milan”da 74-cü dəqiqədə oyuna daxil olan Nkunku, 90-cı dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıb və komandasını məğlubiyyətdən xilas edib:
“Milan” A Seriyasında ardıcıl 18 oyundur məğlub olmur;
Komanda üçün ardıcıl ikinci dramatik heç-heçə:
Fiorentina 1 - 1 Milan
Komuzzo 66’
Nkunku 90’
Qol: https://t.me/doxsanplus/113232
Bu nəticədən sonra “Milan” xallarının sayını 40-a yüksəldib. “Fiorentina” isə 14 xalla turnir cədvəlinin aşağı pillələrində qalmaqda davam edir.
© Copyright 2026, All Rights Reserved