“Milan” çətinliklə 2-yə qalxdı
“Milan” çətin qələbə qazandı – ikinci yerə yüksəldi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 30-cu turunda “Milan” doğma meydanda “Torino” üzərində 3:2 hesablı çətin qələbə qazanaraq yenidən qələbə yoluna qayıdıb:
Milan 3 - 2 Torino
S. Pavloviç 37’
G. Simeone 44’
A. Rabio 54’
Y. Fofana 56’
N. Vlaşiç 83’ (p)
Qollar: https://t.me/doxsanplus/115556
Qarşılaşma gərgin və sürətli tempdə keçib. “Milan”ın heyətində Straxinya Pavloviç uzaq məsafədən vurduğu möhtəşəm qolla oyunun ən yadda qalan epizodlarından birinə imza atıb. Uzun müddət zədədən əziyyət çəkən Santyaqo Ximenes də bu oyunda meydana qayıdaraq komandasına kömək edib.
“Rossoneri” son turda “Latsio”ya məğlubiyyətdən sonra ciddi təzyiq altında idi. Həmin məğlubiyyətdən sonra komanda çempionluq mübarizəsindən uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Rafael Leao zədə səbəbindən oyunu buraxıb, onun əvəzinə Niklas Füllkruq start heyətdə meydana çıxıb. Bundan başqa, Davide Bartesagi və Adrien Rabo da yenidən heyətə qayıdıblar.
Bu qələbədən sonra “Milan” turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb və yenidən ilk sıralardakı yerini möhkəmləndirib.
Hazırda turnir cədvəlinin yuxarı hissəsi belədir:
Beləliklə, “Milan” ikinci yerdə qərarlaşıb və “Napoli”ni cəmi 1 xal qabaqlayır. Mövsümün sonuna yaxın A Seriyasında Çempionlar Liqası zonası uğrunda mübarizə daha da gərginləşir.
© Copyright 2026, All Rights Reserved