"Milan" futbolçusunu razı sala bildi
“Milan”ın hücumçusu Kristofer Nkunku komandada qalacaq.
90plus.az xəbər verir ki, fransalı futbolçu son dövrlərdə irəliləyiş göstərib. O, qol vurmaqla və əvvəllər sanki boş görünən investisiyanı tədricən doğrultmaqla klubun etimadını qazanıb. İtaliya klubu Nkunkunu satmaq fikrindən daşınıb.
Qışın əvvəlində “Fənərbağça”nın forvardla maraqlandığı və onun Türkiyə liqasına keçə biləcəyi barədə məlumatlar yayılmışdı. Bundan əlavə, Jan-Filip Matetanın “Milan”a mümkün transferinin Nkunku üçün əlverişli olmadığı bildirilirdi.
© Copyright 2026, All Rights Reserved