"Milan" gənc oyunçusunu geri istəyir
“Мilan” “Leççe” klubuna icarəyə göndərdiyi Françesko Kamardanı vaxtından əvvəl geri çağırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira məlumat yayıb.
“Rossoneri”nin baş məşqçisi Massimiliano Alleqri 17 yaşlı hücumçuya mövsümün ikinci yarısında imkan verməyi düşünür. İtaliyanın U-21 millisinin üzvü yaxın günlərdə “Milan”ın düşərgəsinə qatılacaq.
Qeyd: Françesko Kamarda mövsümün əvvəlində “Leççe”yə icarəyə verilib. Gənc forvard A Seriyası təmsilçisinin heyətində keçirdiyi 19 rəsmi oyunda 1 qol və 1 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved