“Milan” Kolumbiyadan futbolçu alır
“Milan”dan gənc transfer: Xuan Arizala razılaşdırıldı.
90plus.az xəbər verir ki, İtaliyanın “Milan” klubu transfer bazarında növbəti addımını atıb. Tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, “rossoneri” Kolumbiyanın “İndependiyente Medeyin” klubunda çıxış edən 20 yaşlı sol cinah oyunçusu Xuan Arizalanın transferi üçün razılıq əldə edib.
Xəbərə əsasən, “Milan” bu keçid üçün Kolumbiya klubuna 3 milyon avro ödəməyə razılaşıb. Tərəflər arasında razılaşma artıq əldə olunub və transferin rəsmiləşdirilməsi üçün son prosedurların qalması bildirilir.
Gənc yaşı və sürətli inkişafı ilə diqqət çəkən Xuan Arizala “Milan”ın gələcək planlarında perspektivli futbolçu kimi qiymətləndirilir. Klub rəhbərliyi onun uzunmüddətli layihənin bir hissəsi olacağını düşünür.
Transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved