"Milan" Kostiçi transfer etdi
İtaliyanın "Milan" klubu yeni mövsüm öncəsi hücum xəttini gücləndirib.
90plus.az xəbər verir ki, A Seriyası təmsilçisi "Partizan"da çıxış edən Andrey Kostiçin transferini rəsmiləşdirib.
"Qırmızı-qaralar" monteneqrolu hücumçu üçün Serbiya klubuna 3,5 milyon avro məbləğində təzminat ödəyəcək. 19 yaşlı forvard 1 iyul tarixində "Milan"ın düşərgəsinə qoşulacaq.
Qeyd: "Partizan" Andrey Kostiçi mövsümün əvvəlində "Podqoritsa"dan 900 min avro qarşılığında heyətinə qatmışdı. Monteneqro millisinin üzvü Belqrad klubunun heyətində keçirdiyi 34 rəsmi oyunda 11 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved