"Milan" qapıçısını razı sala bildi - Heç yerə getmir
"Milan" qapıçı Mayk Menyanın müqaviləsinin uzadılması ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
90plus.az xəbər verir ki, artıq kapitanla şifahi razılıq əldə olunub. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Yaxın günlərdə Menyanla rəsmi sözləşmə imzalanacaq. 30 yaşlı qolkiperin illik maaşı bonuslarla birlikdə 7 milyon avro olacaq, müqavilə isə 2030-cu ilin 30 iyun tarixinədək nəzərdə tutulub.
Qeyd: "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən 16 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 22 rəsmi matçda iştirak edib.
© Copyright 2026, All Rights Reserved