"Milan" sol cinahını yeniləyir: Pervis Estupinan transferi yaxınlaşır

Fransız sol cinah müdafiəçisi Teo Hernandez-i "Əl-Hilal" klubuna göndərən "Milan" onun yerinə yeni futbolçunu Premyer Liqadan tapıb. İtaliya nəhəngi "Brayton"un oyunçusu Pervis Estupinanın transferi üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, Massimiliano Alleqri rəhbərliyində yenidənqurma prosesinə başlayan "Milan" Teo Hernandezi 25 milyon avro qarşılığında "Əl-Hilal" klubuna satıb. Komandanın növbəti hədəfi isə "Brayton"da çıxış edən ekvadorlu sol cinah oyunçusu Pervis Estupinandır.
"The Athletic"in məlumatına görə, "Milan" klubu Estupinanın transferi üçün "Brayton"la 17 milyon avro və əlavə 2 milyon avro bonuslar daxil olmaqla ümumilikdə 19 milyon avro dəyərində razılıq əldə edib.
"Brayton" forması ilə 104 oyunda meydana çıxan Estupinan bu müddətdə 5 qol vurub və 14 asist edib. Onun "Milan"da necə çıxış edəcəyi böyük maraqla gözlənilir.
© Copyright 2025, All Rights Reserved