"Milan" yeni baş məşqçisini rəsmən açıqladı

İtaliyanın məşhur klubu "Milan" baş məşqçi postuna yenidən Massimiliano Alleqrini gətirdiyini rəsmən açıqlayıb. Klubdan verilən məlumata görə, 57 yaşlı təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
90plus.az xəbər verir ki, bu təyinat portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə yolların ayrılmasından sonra reallaşıb. Alleqri daha əvvəl də "Milan"da çalışmış və 2010/11 mövsümündə komandanı İtaliya A Seriyasında çempion etmişdi. Bu, onun karyerasındakı ilk liqa çempionluğu olmuşdu.
Massimiliano Alleqri son olaraq "Yuventus" klubunu çalışdırıb və orada 149 oyunda 1.84 xallıq orta nəticə ilə fəaliyyət göstərib.
Alleqrinin yenidən "Milan"a qayıdışı azarkeşlər arasında böyük maraqla qarşılanıb. Klub rəhbərliyi onun təcrübəsi və əvvəlki uğurlarına güvənərək, yeni mövsümdə iddialı heyət qurmağı planlaşdırır.
© Copyright 2025, All Rights Reserved