"Milan"da Leao böhranı - Məşqçiyə etiraz etdi
“Latsio” – “Milan” matçında Rafael Leao dəyişiklikdən narazı qaldı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasında “Milan” səfərdə “Latsio” ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə Milan klubu rəqiblə aradakı xal fərqini azaltmaq imkanını əldən verib.
Matçın ən çox danışılan anlarından biri “Milan”ın ulduz futbolçusu Rafael Leao ilə bağlı olub. Portuqaliyalı hücumçu oyuna ilk 11-də başlayıb, lakin 67-ci dəqiqədə texniki direktor Massimiliano Allegri tərəfindən əvəzlənib. Leao oyundan çıxarkən narazılığını nümayiş etdirərək birbaşa Allegriyə reaksiya göstərib.
Gərgin anlarda komandanın kapitanı Mayk Meynyan Leao ilə yaxınlaşaraq onu sakitləşdirməyə çalışıb. Allegri də dəyişiklik zamanı Leao ilə qısa danışıq edib. Lakin ulduz futbolçu əsəbi halda ehtiyat oyunçu skamyasına keçib.
Bu mövsüm “Milan”la 24 oyuna çıxan Rafael Leao 10 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Portuqaliyalı hücumçu 2019-cu ildə “Sportinq”dən “Milan”a transfer olunub və klubla 2028-ci ilə qədər müqaviləsi var.
© Copyright 2026, All Rights Reserved