Milli komadan Ər-Riyadda itkisiz irəliləyir
Azərbaycanın qadın voleybol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci matçına çıxıb.
90plus.az xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi komanda bu dəfə Tacikistan yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:5, 25:11, 25:9).
Yığmamız bundan əvvəl İran üzərində də eyni hesabla – 3:0 (25:11, 25:16, 26:24) – qələbə qazanmışdı.
Xatırlatma: Azərbaycan millisi noyabrın 9-da Türkiyə komandası ilə qarşılaşacaq. İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.
© Copyright 2025, All Rights Reserved