Milli komanda bu məşqçiyə tapşırılacaq

Rəsmi: Ayxan Abbasov millinin baş məşqçisi olacaq.
“90plus.az”ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, AFFA milli komandanın sükanını yerli mütəxəssisə tapşırıb. Yeni baş məşqçi vəzifəsinə Ayxan Abbasov gətiriləcək.
Son günlər mediada yayılan “1 xal qazansa qalacaq”, “udsa-uduzsa” kimi şərtlər həqiqəti əks etdirmir. Federasiya artıq azərbaycanlı mütəxəssislə razılığa gəlib və anlaşma tam bağlanıb.
Ayxan Abbasov özü də millidən gələn təklifi qəbul edəcəyini təsdiqləyib.
Qeyd: Abbasov millinin başında ilk oyununu sentyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində keçirib. Azərbaycan yığması həmin qarşılaşmada Ukrayna ilə 1:1 hesablı heç-heçə edib.
© Copyright 2025, All Rights Reserved