Milli komanda Maltanı uddu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
90plus.az xəbər verir ki, 13-cü qrupda mübarizə aparan yığmamız Maltanın eyni yaş qrupuna aid komandası ilə üz-üzə gəlib.
Ta Qali şəhərindəki “Centenary” stadionunda baş tutan matçın ikinci hissəsinin əvvəlində meydan sahibləri hesabı açsalar da, millimiz geri dönüş etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun, 80-ci dəqiqədə isə Şahismayıl Cəfərovun qolları sayəsində Elxan Abdullayevin komandası 2:1 hesablı qələbə qazanıb.
Bu nəticə ilə U-19 komandası qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.
© Copyright 2025, All Rights Reserved