Milli komanda məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyuna çıxıb.
90plus.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda mübarizə aparan komandamız Şimali Makedoniyanın Strumitsa şəhərində yerli eyni yaş qrupundan ibarət yığma ilə qarşılaşıb.
Noyabrın 28-dən hava şəraiti və “Mladost” stadionunun meydançasının yararsız olması səbəbindən təxirə salınan oyun bu gün Qoran Pandev Məşq Kompleksində keçirilib. Qarşılaşma Şimali Makedoniya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 35-ci dəqiqədə Mədinə Curuqova vurub.
Qeyd: U-19 komandası qrupdakı son oyununu dekabrın 1-də Gürcüstan yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved