Millimiz Rumıniyaya uduzdu, qrupda sonuncu olduq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
90plus.az xəbər verir ki, komandamız Rumıniya millisi ilə qarşılaşıb. Matç rumınların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın yeganə qolunu Əli Bəşirov qeydə alıb.
Beləliklə, Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsini qrup sonuncu kimi bitirdi.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda hər 3 oyunda darmadağın oldu:
Fransa U-17 8️⃣➖0️⃣ Azərbaycan U-17
İsrail U-17 5️⃣➖1️⃣ Azərbaycan U-17
Rumıniya U-17 5️⃣➖1️⃣ Azərbaycan U-17
© Copyright 2025, All Rights Reserved