Milli komanda "Şamaxı"ya uduzdu
Bakıda hazırlıq toplanışında iştirak edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama görüşünü keçirib.
90plus.az xəbər verir ki, U-21 komandamız son sınaq matçında Misli Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”da keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırlatma: U-21 yığmamız təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail” üzərində 1:0 hesablı qələbə qazanmışdı.
© Copyright 2026, All Rights Reserved