Milli komanda səfərdə Bolqarıstanla bərabərə qaldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
90plus.az xəbər verir ki, B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda baş tutan qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran yığmamız turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Qeyd: U-21 millimiz qrupdakı növbəti oyununu sentyabrın 25-də doğma meydanda Çexiya yığmasına qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved