Milli komanda Sloveniyaya uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində debüt oyununu keçirib.
90plus.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
"Kukus" stadionunda baş tutan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd: U-19 komandası qrupdakı növbəti oyununu 28 noyabrda Şimali Makedoniya yığmasına qarşı oynayacaq.
© Copyright 2025, All Rights Reserved