Milli komandamız beynəlxalq turnirin qalibi oldu
Banqladeşdə təlim-məşq toplanışında iştirak edən qadınlardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci matçına çıxıb.
90plus.az xəbər verir ki, yığmamız paytaxt Dəkkədə yerləşən Milli Stadionda keçirilən görüşdə Banqladeş milli komandası ilə qarşılaşıb. İlk oyunda Malayziya üzərində 2:0 hesabı ilə qalib gələn Siyasət Əsgərovun komandası bu dəfə də rəqibini 2:1 hesabı ilə üstələyib.
Yığmamızın qollarını 19-cu dəqiqədə Sevinc Cəfərzadə, 84-cü dəqiqədə isə Esra Manya imzalayıb.
Beləliklə, komandamız 6 xal toplayaraq “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi adını qazanıb.
© Copyright 2025, All Rights Reserved