Milli komandamızın üzvü "Alkmaar"la oyunda
                            
                        
                            
                                Niderland çempionatının – Erediviziyanın II tur qarşılaşmaları davam edir.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcunun formasını geyindiyi “Volendam” klubu səfərdə “Alkmaar”la üz-üzə gəlib. Gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Ozan Can Kökcu oyuna start heyətində başlayıb və komandasının 1:2 hesabı ilə önə çıxdığı 61-ci dəqiqədə əvəzlənib.
Qeyd: İki turdan sonra “Volendam” 2 xalla turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved