Milli komandanın məşqçisi ilə müqavilə uzadıldı
Serbiya Futbol Assosasiyyası milli komandada baş məşqçi Velko Paunoviçin müqaviləsini uzatdığını açıqlayıb.
90plus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis ilə 2030-cu ilin dekabrına qədər yeni sözləşmə imzalanıb.
Paunoviç bu ilin yayından etibarən Serbiya millisinin baş məşqçisi vəzifəsini icra edir.
Qeyd: Serbiya millisi DÇ-2026-nın seçmə mərhələsində 13 xalla qrupu üçüncü sırada bitirib və final mərhələsinə yüksələ bilməyib.
© Copyright 2026, All Rights Reserved