Milli komandanın rəqibləri bəlli oldu
Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2026/2027 mövsümü Avropa çempionatının I seçmə mərhələsinin püşkü atılıb.
90plus.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan U-19 millisinin rəqibləri müəyyən olunub.
B Liqasının 6-cı qrupunda yer alan komandamız Şimali İrlandiya və Litva yığmaları ilə qarşılaşacaq.
I seçmə mərhələnin oyunlarının 2026-cı il martın 23-dən 31-dək keçirilməsi planlaşdırılır.
© Copyright 2025, All Rights Reserved