Millimiz FIFA-nın reytinqində yerini yaxşılaşdırdı
Milli komandaların FİFA reytinqi açıqlanıb.
90plus.az xəbər verir ki, cədvəldə dünyanın 210 yığması yer alıb.
Azərbaycan millisi 117-ci pillədə qərarlaşıb. Fernandu Santuşun yetirmələrinin 1158,70 xalı var.
Komandamız ötən cədvəllə müqayisədə 3,10 xal itirib. Buna Millətlər Liqasının qrup mərhələsinin son iki turundakı uğursuzluqlar səbəb olub. Evdə Estoniyanı məğlub edə bilməyən (0:0) millimiz İsveç səfərində 6 cavabsız qolla uduzub. Bu xal itkisinə baxmayaraq, bir pillə irəliləyib.
Qeyd: Cədvələ Argentina millisi başçılıq edir - 1867,25 xal.
© Copyright 2026, All Rights Reserved