Millimizə qol vurdu, indi italyanlar onu istəyir
Fransa yığmasının və “Kristal Pelas” klubunun hücumçusu Jan-Filipp Mateta karyerasını İtaliyada davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, həm “İnter”, həm də “Milan” 28 yaşlı forvardı transfer etmək istəyir.
“Milan” nümayəndələri fransalı futbolçu üçün fəal şəkildə mübarizə aparır. Matetanın “Kristal Pelas”la müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
Hücumçu cari mövsümdə bütün turnirlər üzrə 22 oyunda iştirak edərək 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: Mateta Fransa millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycanla keçirilmiş (1:3) qarşılaşmada komandasının qollarından birinin müəllifi olub.
© Copyright 2025, All Rights Reserved