Millimizin üzvü oynadı, komandası məğlub oldu

Niderlandın Erediviziya çempionatında 9-cu turun qarşılaşmaları keçirilir.
90plus.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Utrext"lə qarşılaşıb.
Yarımmüdafiəçi matçda 82 dəqiqə iştirak edib. Görüş "Volendam"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Hazırda turnir cədvəlində 7 xalla 15-ci yerdə qərarlaşan "Volendam" çempionatda aşağı pillələrdə mübarizəsini davam etdirir.
© Copyright 2025, All Rights Reserved