Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Volendam” inamlı qələbə qazandı.
90plus.az xəbər verir ki, Niderland Erediviziyasının 10-cu turunda bir sıra qarşılaşmalar keçirilib. Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi “Volendam” öz meydanında “Herakles” klubunu qəbul edib.
Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ozancan Kökçü matça start heyətində başlayıb və fasilədə əvəzlənib.
Bu nəticədən sonra “Volendam” 10 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved