Millimizin üzvü oynadı, komandası uduzdu
Niderland çempionatında 28-ci turun oyunları davam edir.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Sparta" (Rotterdam) klubuna 0:2 hesabı ilə məğlub olub.
Kökçü qarşılaşmaya start heyətində başlasa da, 60-cı dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Volendam" 27 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Qeyd: Ozancan Kökçü millimizin “FIFA Series” turniri üçün heyətinə dəvət almayıb.
© Copyright 2026, All Rights Reserved