Millimizin üzvü Rusiyada komandasına qələbə qazandırdı
                            
                        
                            
                                U-21 milli komandamızın üzvü Sadiq Bağıyevin çıxış etdiyi "SKA-Xabarovsk" Rusiya Birinci Divizionunun 3-cü tur matçında meydana çıxıb.
90plus.az xəbər verir ki, Xabarovsk klubu öz meydanında "Torpedo" komandası ilə üz-üzə gəlib. Görüşün taleyini Bağıyev 51-ci dəqiqədə vurduğu yeganə qolla həll edib və komandasına qələbə qazandırıb.
Hazırda "SKA-Xabarovsk" 3 oyundan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnirə 9 xalla "Ural" liderlik edir.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved