Millinin sabiq futbolçusu həbs edildi

Hollandiya millisinin sabiq üzvü Kvinsi Promes Birləşmiş Ərəb Əmirliklərində həbs edilib.
90plus.az xəbər verir ki, futbolçunun vəkili Cem Polat onun saxlanıldığını təsdiqləyib. "De Telegraaf" nəşrinin məlumatına görə, Promes Hollandiya prokurorluğunun ekstradisiya tələbi əsasında Dubayda tutulub.
Onun saxlanılması hadisəsi cümə axşamı gecəsi Promesin Dubaydakı yaşadığı ünvanda baş verib. Həbsdən sonra futbolçu istintaq təcridxanasına aparılıb. Dubay polisi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd: Amsterdam məhkəməsi Kvinsi Promesi narkotik qaçaqmalçılığı təşkil etməkdə təqsirli bilərək qiyabi olaraq 6 il azadlıqdan məhrumetmə cəzası vermişdi. Bundan əlavə, o, əmisi oğluna bıçaqla hücum etdiyinə görə 1,5 il həbs cəzası da alıb. Promesin hüquq komandası isə bu qərarlarla bağlı apellyasiya şikayəti təqdim edib.
© Copyright 2025, All Rights Reserved