Millinin sabiq üzvü Rusiyada həbs olundu
Azərbaycan yığmasının keçmiş futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada saxlanılıb.
90plus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi böyük məbləğdə dələduzluq işində iştirak etdiyi üçün həbs edilib.
Məlumata əsasən, A. Abatsiyev cinayətkar qrupun 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rubl təhvil verməyə razı saldığı fırıldaq sxemində kuryer rolunu oynayıb.
Qeyd: Keçmiş futbolçu 2014-cü ilin mayında ABŞ-a qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) meydana çıxaraq Azərbaycan millisinin heyətində bir oyun keçirib. Klub karyerasında isə yarımmüdafiəçi "Sumqayıt" və "İnter" (indiki "Şamaxı") komandalarında oynayıb. O, həmçinin Rusiyanın "SKA Rostov", "Olimp Ximki", "Mashuk-KMV" və "Armavir" klublarında çıxış edib.
© Copyright 2025, All Rights Reserved