"Minnesota Timbervulvs"dan tarixi qələbə

Amerika Basketbol Liqası (NBA) Qərb Konfransı finalında "Oklahoma Siti Sander" klubunu 143:101 hesabı ilə məğlub edən "Minnesota Timbervulvs" seriyada geri olduğu durumu 2:1-ə gətirib.
90plus.az xəbər verir ki, "Target Center"də keçirilən qarşılaşmada ev sahibi "Timbervulvs" rəqibini tam üstünlüklə məğlub edərək, play-off mərhələsində ən çox xal toplayan komanda rekordunu da qırıb – 143 xal.
Ev sahiblərinin heyətində Entoni Edvards 30 xal, 9 ribaund və 6 assistlə oyunun ən yaxşısı olub. Həmçinin, Culiyus Rendıl 24 xalla komandasına dəstək verib.
Terrens Şennon 15 xal, Nikeyl Aleksandr-Uolker isə 12 xalla oyunu tamamlayıblar.
Qonaq komandanın heyətində Şey Gilyos-Aleksandr və Əcay Mitçell hərəyə 14 xal toplasalar da, bu fərqi bağlamaq üçün kifayət etməyib. Ceylen Uilyams isə 13 xalla yadda qalıb.
© Copyright 2025, All Rights Reserved