Mirça Luçesku infarkt keçirdi
Mirça Luçesku bu səhər çağı infarkt keçirdi!
90plus.az xəbər verir ki, dünən 2026-cı il Dünya Çempionatına vəsiqə qazana bilmədiyi üçün Rumıniya millisindən ayrılan məşqçi Mirça Luçesku bu səhər ürək tutması (infarkt) keçirib. Digisport bu barədə yazıb.
Məlumata görə, həkimlərin ilkin müdaxiləsindən sonra onun vəziyyəti stabildir və əlavə müalicə üçün nəzarət altına alınıb.
Xatırlatma: Luçesku Rumıniya millisindəki son dönəmdə komandanı DÇ-2026-ya vəsiqəyə çıxarmağı bacarmamışdı. Bu hadisə onun sağlamlığı üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved