Misir klubu CAF yarışlarını boykot etdi
Misir klubu CAF turnirlərini boykot etdi – Mərakeş qərarı qalmaqal yaratdı.
90plus.az xəbər verir ki, Misirin “Pharco” klubu Afrika Futbol Konfederasiyasının (CAF) təşkil etdiyi bütün turnirləri boykot edəcəyini açıqlayıb. Klub bu qərarı Afrika Millətlər Kuboku titulunun Seneqaldan alınıb Mərakeşə verilməsi ilə bağlı qərardan sonra qəbul edib.
Klubun yaydığı bəyanatda bildirilib ki, CAF-ın qərarı ədalətli hesab olunmur və bu səbəbdən növbəti bildirişə qədər konfederasiya turnirlərində iştirak etməyəcəklər.
Boykot qərarı aşağıdakı turnirləri əhatə edir:
Qeyd: "Pharco” hazırda Misir çempionatında turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Klub rəhbərliyi Afrika futbol qurumunun qərarlarına etiraz olaraq bu addımı atdıqlarını bildirib.
Bu qərarın Afrika futbolunda ciddi rezonans doğuracağı gözlənilir. CAF tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama isə hələ verilməyib.
© Copyright 2026, All Rights Reserved