Misir millisindən Salaha məsləhət: "Amerikaya getmə"
Mövsümün sonunda "Liverpul"dan ayrılacağı açıqlanan Mohamed Salah barədə Misirdən diqqətçəkən açıqlama verilib.
90plus.az xəbər verir ki, Misir millisinin rəsmisi Ibrahim Hassan “On Sports”a müsahibəsində ulduz futbolçunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. O, Salahın Avropada qalmasının daha doğru seçim olacağını bildirib:
“Şəxsən mən onun Avropada qalmasını üstün tutaram.”
Hassan ABŞ variantına isə isti yanaşmayıb:
“PSJ, "Bayern Münhen" və İtaliya liqasından klubların maraq göstərdiyini eşitmişəm. Amerikaya transfer? Orada diqqət mərkəzindən uzaq düşər. Bu gün Lionel Messini belə xatırlamıram, Salah da eyni vəziyyətə düşə bilər.”
Misirli funksioner alternativ variant kimi Səudiyyə Ərəbistanını da qeyd edib:
“Əgər Avropadan təklif almasa, Səudiyyə Ərəbistanı Liqası yaxşı seçim ola bilər. Xüsusilə Kristiano Ronaldo kimi böyük adların orada çıxış etdiyini nəzərə alsaq.”
Qeyd: 2025/26 mövsümündə "Liverpul" forması ilə 34 oyuna çıxan 33 yaşlı cinah hücumçusu 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved