MLS təmsilçisi Qrizmannı pulsuz almaq istəyir
“Orlando Siti” Antuan Qrizmannı yayda transfer etmək istəyir.
90plus.az xəbər verir ki, ABŞ-ın MLS təmsilçisi “Orlando Siti” “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmannı heyətinə qatmaq niyyətindədir. Bu barədə tanınmış jurnalist Fabrisio Romano məlumat yayıb.
Mənbəyə görə, Amerika klubu futbolçunu transfer etmək üçün iyun ayına qədər gözləməyə hazırdır. Bildirilir ki, “Orlando Siti” artıq “Atletiko Madrid” ilə danışıqlara başlayıb və mümkün yay transferini müzakirə edir.
İddiaya əsasən, MLS təmsilçisi Qrizmannı yayda azad agent kimi transfer etmə variantını da nəzərdən keçirir.
Hazırda transferlə bağlı yekun qərar həm Antuan Qrizmannın, həm də “Atletiko Madrid”in mövqeyindən asılı olacaq. Madrid klubu bu ay futbolçunun ayrılığına icazə verməsə, Amerika tərəfi yay transfer pəncərəsini gözləməyə hazırdır.
© Copyright 2026, All Rights Reserved