“Məni almadan İstanbula qayıtmayın” Kerem Aktürkoğlu

“Məni almadan İstanbula qayıtmayın” – Kerem Aktürkoğlu “Fənərbağça”ya mesaj göndərdi.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Portuqaliyada “Benfika” ilə qarşılaşacaq “Fənərbağça” üçün oyun yalnız qrup mərhələsi bileti baxımından deyil, transfer bazarında da xüsusi əhəmiyyət daşıyır.
Türkiyə mediasının xəbərinə görə, “Benfika”nın prezidenti Rui Koşta pley-off oyunları başa çatmadan komandanın futbolçusu Kerem Aktürkoğlunun satışına icazə verməyib. Bu səbəbdən qarşılaşmadan sonra İstanbul təmsilçisinin prezidenti Ali Koçun Rui Koşta ilə görüşərək transferi müzakirə edəcəyi bildirilir.
Kerem isə “Fənərbağça” rəhbərliyinə mesaj göndərib:
“Məni almadan İstanbula qayıtmayın. Fənərbağça ilə çempionluq yaşamaq istəyirəm”.
(🔗 Mənbə: Sercan Hamzaoğlu)
Klublar arasında 22,5 milyon avro + 2,5 milyon avro bonus müqabilində prinsipial razılıq əldə olunduğu qeyd edilir. “Fənərbağça”nın asbaşqanı Hamdi Akın isə ümidli danışıb: “Kerem Aktürkoğlu, İnşallah, gələcək”.
Qeyd: "Benfika” – “Fənərbağça” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk oyun Türkiyədə 0:0 hesabı ilə başa çatıb.
© Copyright 2025, All Rights Reserved