Modriç "Real"da qalmaq istəyir
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin gələcək karyerası futbolsevərlərin maraq dairəsindədir.
90plus.az xəbər verir ki, 39 yaşlı xorvatiyalı futbolçu "Kral klubu"nda daha bir mövsüm keçirməyi planlaşdırır, klubda qalmaq istədiyini rəhbərliyə bildirib.
Modriç az oyun praktikasına malik olsa da, "Real Madrid"də özünü xoşbəxt hiss edir. Mənbə, həmçinin, təcrübəli ulduzun 2026-cı ildə keçiriləcək dünya çempionatında da iştirak etmək istədiyini vurğulayıb.
O, 2026 Dünya Çempionatında formda olmaq üçün yüksək səviyyədə çıxışına davam etmək istəyir.
Mövsümün sonunda müzakirələr aparılacaq.
Mənbə: Diario AS
Qeyd: Modriçin Madrid klubu ilə müqaviləsi bu yay başa çatır. O, 2012-ci ildən "Real Madrid"in formasını geyinir və bu müddət ərzində 569 oyuna çıxaraq 42 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved