Modriç klub sahibi olacaq - Bir vaxtlar Premyer Liqada idi
Xorvatiya yığmasının və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç futbol klubu almaq niyyətindədir.
90plus.az xəbər verir ki, Modriç İngiltərə Çempionşipində çıxış edən "Suonsi Siti" klubunun səhmlərinin bir hissəsini əldə edəcək. Tərəflər artıq ortaq razılığa gəliblər.
Hazırda "Suonsi Siti" Çempionşip turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Komanda indiyədək keçirdiyi 42 görüşdən 54 xal yığıb.
Qeyd: "Suonsi" sonuncu dəfə 2017-2018-ci illər mövsümündə Premyer Liqada çıxış etmişdi.
© Copyright 2025, All Rights Reserved