Molina fantastik qolu ilə “Atletiko”nu 3-ə daşıdı
“Atletiko”ya qələbə qazandıran möhtəşəm qol – Nauel Molina komandasını 3-cü pilləyə yüksəltdi.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 28-ci turunda Madrid derbisi baş tutub. “Atletiko Madrid” doğma meydanda “Xetafe”ni minimal hesabla məğlub edib – 1:0.
Görüşün taleyini erkən qol həll edib. Matçın 8-ci dəqiqəsində fərqlənən Nauel Molina uzaq məsafədən möhtəşəm zərbə ilə topu qapıya göndərərək hesabı açıb. Argentinalı müdafiəçinin güclü və dəqiq zərbəsi qapıçı üçün əlçatmaz olub.
Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib və Dieqo Simeonenin komandası vacib qələbə qazanıb.
Atletiko Madrid 1 - 0 Xetafe
N. Molina 8’
Qol: https://t.me/doxsanplus/115315
Bu nəticədən sonra “Atletiko Madrid” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
© Copyright 2026, All Rights Reserved