Morata: “İspaniya yığmasında oynamağa dəyməz”
Alvaro Morata tənqidlərin təsirindən danışdı: “İspaniya millisindən ayrılmağı düşünürəm”.
90plus.az xəbər verir ki, İspaniya millisinin kapitanı Alvaro Morata ciddi tənqidlərin və şəxsi təhqirlərin onun milli karyerasına davam edib-etməməsinə təsir etdiyini açıqlayıb. Futbolçu emosional açıqlamaları ilə diqqət çəkib.
Morata bildirib ki, ailəsi ilə birlikdə gündəlik həyatda belə narahatlıq yaşadığı bir vəziyyətdə milli formada çıxış etməyin mənasını itirdiyini düşünür:
“Ailəm ilə getdiyim yerlərdə insanlar məni təhqir edir və lağa qoyurlarsa, İspaniya yığmasında oynamağa dəyərmi? Fanatlar səni fitə basıb təhqiramiz ifadələr işlədirlərsə, xeyr, buna dəyməz.”
Təcrübəli hücumçu eyni zamanda onu dəstəkləyən azarkeşlərin olduğunu da qeyd edib, lakin neqativ münasibətin üstünlük təşkil etdiyini etiraf edib:
“Məni dəstəkləyən çoxlu ispaniyalı azarkeşlər var. Amma millidə oynamağımı istəməyənlərin sayı da çoxdur. Komandadan getsəm, onlar qalib gəlmiş olacaqlar.”
(📰: The Athletic)
Qeyd: Alvaro Morata "Sentyabrda milli komandaya qayıtmamaq ehtimalım var".
Millətlər Liqasının finalında Portuqaliya ilə matçda Moratanın penalti qaçırtması gündəm olmuşdu.
Kristiano Ronaldo penaltini qaçıran Alvaro Moratanı təsəlli edib.
© Copyright 2026, All Rights Reserved