Mourinyo: “Fənərbağça” səviyyəmə uyğun deyildi”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo keçmiş karyerası barədə diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis xüsusilə “Fənərbağça” dönəminə toxunaraq bunları deyib:
“Fənərbağça”nın baş məşqçisi olmaqla səhvə yol verdim. Bu, nə mədəni, nə də futbol səviyyəmə uyğun gəlirdi. Amma orada son günə qədər əlimdən gələni etdim. Bəzən karyeramda yanlış qərarlarım olub, amma buna görə peşman deyiləm. “Benfika”ya qayıtmaq isə mənim üçün ideal seçimdir. Yenidən dünyanın ən yaxşı klublarından birində işləmək böyük qürurdur”.
Qeyd: Mourinyo 2024-cü ilin yayında “Fənərbağça”ya baş məşqçi təyin olunmuş, lakin İstanbul klubunda uzun müddət qala bilməmişdi. Onun rəhbərliyi altında komanda UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğursuzluğa düçar olmuş, Super Liqada isə qeyri-sabit nəticələr göstərmişdi. Bu səbəbdən də tərəflər qısa müddət ərzində yollarını ayırmışdılar.
🔗: A Bola
© Copyright 2025, All Rights Reserved