Mourinyo: “Karrager Premyer Liqanı qazanmayan biri kimi çox danışır”

Portuqaliyalı məşqçi Joze Mourinyo sabiq futbolçu və ekspert Ceymi Karrager haqqında sərt açıqlama verib.
90plus.az xəbər verir ki, Mourinyo bildirib ki, Karrager futbol tarixinin ən yaxşı müdafiəçiləri arasında belə yer almır:
“Ceymi Karrager futbol tarixinin ən yaxşı 1000 müdafiəçisi arasında belə yoxdur, amma çox danışır.
Heç Premyer Liqanı qazanmayıbsa, Premyer Liqanı qazanmaq üçün nə lazım olduğunu necə izah edə bilər?”
Mourinyonun bu sözləri futbol ictimaiyyətində geniş rezonans doğurub.
© Copyright 2025, All Rights Reserved