Mourinyo - Pep deyişməsi baş tutub

Joze Mourinyo Xosep Qvardiolanın onun haqda dediyi sözləri cavabsız qoymayıb.
90plus.az xəbər verir ki, "Mançester Siti 0 - 2 Liverpul oyunundan sonra "Liverpul" azarkeşləri Qvardiolaya şüarlarla təzyiq göstərəndə Pep cavab olaraq 6 işarəsi göstərib ( 6 dəfə Premyer Liqanın qalibi olmasına işarə ilə). Bundan sonra sosial şəbəkələrdə Qvardiola Mourinyo ilə müqayisə edilib.
Qvardiola Mourinyo ilə müqayisə edilməsinə “Ola bilsin ki, biz kifayət qədər oxşarıq... Amma o, Premyer Liqanı 3 dəfə, mən isə 6 dəfə qazanmışam” cavabını verib.
Mourinyonun cavabı isə belə olub:
“Qvardiola dedi ki, o, 6 Premyer Liqa kuboku qazanıb, mən isə 3. Amma mən bu kubokları ədalətli şəkildə qazanmışdım.
Əgər uduzsam, rəqibimi təbrik edərəm. Çünki rəqibim məndən üstün olub. 115 işə baxılarkən mən qələbə istəməzdim”.
© Copyright 2025, All Rights Reserved