Mourinyo: “Qarabağ” məğlubiyyətindən sonra…”

Mourinyo: “Benfika” ilə heç bir təmasım olmamışdı".
90plus.az xəbər verir ki, məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunmasını şərh edib. O, bu barədə ölkəsinin “A Bola” nəşrinə danışıb.
“Benfika” ilə əvvəl danışıqlar alınmamışdı
Mourinyo bildirib ki, illər əvvəl “Benfika” rəhbərliyi ilə təmaslar olsa da, işlərinin çoxluğu səbəbindən razılıq əldə olunmamışdı:
“Dörd-altı il əvvəl mənimlə ‘Benfika’ əlaqə saxlamışdı, amma onda işim vardı deyə heç nə alınmadı. Bu yay isə ümumiyyətlə, klubla heç bir təmasım olmamışdı. “Fənərbaxça” ilə müqaviləm var idi və onu sona qədər yerinə yetirmək fikrindəydim”.
Portuqaliyaya qayıdışı planlaşdırmırdı
Tanınmış çalışdırıcı əlavə edib ki, Portuqaliyaya klub məşqçisi kimi dönmək barədə heç vaxt düşünməyib:
“Həmişə hesab edirdim ki, Roberto Martínez 2026-cı il dünya çempionatını qazana bilər, sonra da şərəflə ayrılmaq istəyəcək və həmin vaxt mən gələcəyəm”.
“Qarabağ”a məğlubiyyətdən sonra təyinat
Mourinyo yeni təyinatının “Benfika”nın Çempionlar Liqasında “Qarabağ”a 2:3 hesabı ilə uduzmasından sonra gerçəkləşdiyini vurğulayıb:
“‘Benfika’ “Qarabağ”a oyunu uduzduğu gün mən xanımımla birlikdə Barselonada idim. Ertəsi gün isə prezidentin özü mənə zəng etdi və “klubda işləyə biləcək bir baş məşqçi görmək istərdim” dedi. Mən də cavab verdim ki, günün sonunda Portuqaliyaya gələcəyəm və danışarıq. Bütün hekayə bundan ibarətdir”.
© Copyright 2025, All Rights Reserved