Mourinyo vətənində ilk oyunda gündəm oldu

90plus.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubuna baş məşqçi təyin olunan Joze Mourinyo yeni komandası ilə ilk matçına çıxıb. Təcrübəli çalışdırıcının AVŞ səfərindəki qarşılaşmada etdiyi maraqlı hərəkət Portuqaliya mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə olunub.
"Fənərbağça" ilə yollarını ayırdıqdan sonra “Benfika” ilə 2 illik müqavilə imzalayan Mourinyo, yeni komandası ilə debütünü AVŞ klubuna qarşı keçirib. "Benfika" bu oyunu 3:0 hesabı ilə qələbə ilə başa vurub.
Matçın 93-cü dəqiqəsində Joze Mourinyo qarşılaşma zamanı maraqlı bir an yaşadıb. Rəqib oyunçudan gələn topa qapıçı kimi uzanmağa çalışan Mourinyo tribunaların diqqətini cəlb edib və azarkeşlər arasında səs-küyə səbəb olub.
Təcrübəli çalışdırıcı hərəkətindən sonra gülümsəyərək ehtiyat oyunçular skamyasına dönüb. Onun bu davranışı Portuqaliya mediasında geniş yer alıb və sosial şəbəkələrdə sürətlə yayılıb.
© Copyright 2025, All Rights Reserved